ABŞ Milli Yuxu Vəqfi 18-dən 65 yaşadək şəxslərin gündə 7-9 saat yatmasının vacib olduğunu açıqlasa da, dünya liderləri buna əməl etmir. Bəs liderlər gündə neçə saat yatır?
Teleqraf.com liderlərin yuxu vaxtını təqdim edir:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gündə 6 saat yatır.
ABŞ Prezidenti Donald Tramp gündə 3-4 saat yuxuda olur.
İngiltərənin Baş naziri Boris Conson 5 saat yatır.
Rusiya Prezidenti Vladimir Putin 11 saat yuxuya gedir.
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 2-4 saat yuxuda olur.
ABŞ-ın eks-prezidenti Barak Obama gündə 6 saat yatır.