İran Fars körfəzində Buşer limanı yaxınlığında daha iki tankeri ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Buşer vilayətinin donanma komandiri Vəliyullah Rzanejad məlumat yayıb.
Onun sözlərinə görə, qaçaqmalçılıqla mübarizə çərçivəsində dənizçilər tankeri saxlayıb.
Vəliyullah Rzanejad tankerin 7 nəfərdən ibarət heyətinin həbs edildiyini açıqlayıb.
Xatırladaq ki, İran dünən Fars körfəzində Ərəb ölkələrinə yanacaq daşıyan tankeri saxlamışdı.