Eks-prezident Barak Obama ad çəkmədən xələfi Donald Trampı sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, sabiq prezident amerikalılara çağırış edərək irqçilik hallarını normallaşdıran liderləri rədd etməyi tövsiyə edib.
Barak Obama Donald Trampın mühacirlərlə bağlı fikirlərinin zorakılıq yönündə olduğuna dair tənqidlərə reaksiyasından sonra belə bəyanat verib:
“Bizim kimi görünməyən insanları şeytan adlandıran, mühacirlər də daxil olmaqla onların digər insanların həyatını təhdid etdiyinə eyham vuran, Amerikanın sadəcə bəzi insanlara məxsus sayan liderləri rədd etməliyik.
Belə yanaşmaya siyasətimizdə və ictimai həyatımızda yer yoxdur. Hər bir din, irq və siyasi partiyadan olan yaxşı niyyətli amerikalıların bunu açıq və mübahisəsiz şəkildə deməyinin vaxtı çatıb”.