Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 18 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər yayıb.
Həmçinin, partlayış nəticəsində yüzdən çox insanın xəsarət aldığı bildirilir.
Güclü partlayış bu gün səhər Əfqanıstan paytaxtının qərbində baş verib. Yayımlanan görüntülərdə binaların üstündəki tüstü görünür. İlkin məlumatlara görə, partladılan avtomobillər polis idarələrindən birinə məxsus olub.
“Tolo News” telekanalı partlayışa görə “Taliban” radikal hərəkatının məsuliyyəti üzərinə götürdüyünü qeyd edib.