12 Sentyabr 2014 10:37
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni hesablamalarına görə, “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı tərəfində döyüşənlərin sayı əvvəlki qiymətləndirmələrdən iki dəfə artıqdır.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı idarənin mətbuat katibi Ryan Trapanin bildirib. O deyib ki, Suriya və İraqda cihadçıların sıralarında 20 mindən 30 minədək silahlı var.

İdarədə qeyd edirlər ki, islamçıların sayının belə çoxalması iyundan işğalın səviyyəsinin artdığını və xilafətin elan olunmasından sonra silahlıların uğurlarını göstərir.

MKİ-nin məlumatları bu ilin may ayından avqusta qədərki dövrdə kəşfiyyat hesabatlarına əsaslanır.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər