Amerikalı ulduz Nikalas Keyc saxladığı kobra ilanlarının hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, “Nyu York Tayms”a açıqlama verən aktyor kobra ilanlarının ona hücum etdiyini bildirib:
“İki kobra ilanım vardı. Son zamanlar mənə qarşı aqressiv idilər. Kürəklərini göstərərək hipnoz edib məni öldürmək istəyirdilər”.
Aktyor “Devid Littermanla gecə şousu” proqramında saxladığı kobralardan qonşularının narahat olduğunu, bu səbəbdən onları zooparka verdiyini də bildirib.