9 Avqust 2019 13:46
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş baş naziri Omurbek Babanov bu gün paytaxt Bişkekə qayıdıb.

Teleqraf.com xəbər verir ki, Bişkekin “Manas” hava limanında onu qarşılamağa yüzlərlə tərəfdarı çıxıb. Hava limanına, həmçinin, çoxlu sayda milis əməkdaşları cəlb olunublar.

Babanov təyyarədən endikdən sonra insanların arasına çıxıb. Kütlə onu sevincək qarşılayıb, şüarlar səsləndirilib.

Məlumata görə, O.Babanovun qayıdışına dair informasiya bir müddət əvvəl yayılıb, bu gün isə konkretləşib.

Öz növbəsində Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi O.Babanovun ölkəyə qayıdacağı təqdirdə iki cinayət işi üzrə məsuliyyətə cəlb ediləcəyini bildirib.

Qeyd edək ki, 49 yaşlı O.Babanov 23 dekabr 2011-ci ildən 1 sentyabr 2012-ci ilədək Qırğızıstanın baş naziri olub. O, bir sıra cinayətlərdə ittiham edildiyi üçün ölkəni tərk edib. Onun Rusiyaya sığındığı bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər