Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Məlumatda bildirilib ki, Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəvəti ilə avqustun 12-də Ermənistana gələcək.
Səfər çərçivəsində hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat verilməyib.