İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.
Ə.Şəhnəvazinin sözlərinə görə, qum qasırğası əsas yollardan birinin 5 saat bağlanmasına, Zabol aeroportunda 2 uçuşun ləğv edilməsinə səbəb olub.