12 Sentyabr 2014 12:46
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün təyyarələrini Suriya səmasına qaldırıb.

Teleqraf.com-un haber.sol.org-a istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi rəsmiləri İŞİD-ə qarşı hava hücumlarına təcrübə toplanması məqsədilə Suriya üzərində kəşfiyyat uçuşlarına başlandığını deyib.

Verilən məlumatlarda ABŞ-ın yaxın zamanlarda hərəkətə keçəcəyi bildirilir.

ABŞ Prezidenti Barak Obama dünən axşam çıxışında İŞİD təşkilatına qarşı bu strategiyanın Yəmən və Somalidəki terror qruplarına keçirilən əməliyyatlara oxşayacağını deyib.

Xatırladaq ki, Yəmən və Somalidəki raket hücumları nəticəsində çoxsaylı mülki vətəndaşların ölümü ABŞ ictimaiyyətində kəskin reaksiyaya səbəb olub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər