Telefon zəngi vasitəsilə Qurban bayramı mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP üzvlərinə müraciət etdiyi vaxt maraqlı bir detal kameraların obyektivinə tuş gəlib.
Teleqraf.com xəbər verir ki, mərasimdə keçmiş sosial təhlükəsizlik naziri, hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin köməkçisi Jülide Sarıeroğlunun Ərdoğanın adını mobil telefonuna “Rəis” olaraq qeyd etdiyi nəzərdən yayınmayıb.
Bundan əvvəl də sabiq baş nazir Binəli Yıldırımın Ərdoğanı telefonuna “RTE” olaraq qeyd etdiyi gündəm olmuşdu.