ABŞ yeni qaydaya görə miqrantlara dövlət dəstəyini kəsəcək və onlara məskunlaşma icazəsi verməyəcək.
Teleqraf.com xəbər verir ki, Ağ Evin məlumatına görə, yeni qayda amerikalı vergi ödəyiciləri və köməyə ehtiyacı olanlar üçün ayrılan sosial təhlükəsizlik yardımlarına qənaət məqsədilə həyata keçiriləcək.
Qaydaya əsasən, köməyə ehtiyacı olan miqrantlara dövlət dəstəyi kəsiləcək və onlara məskunlaşma icazəsi verilməyəcək.
Qazanc səviyyəsi aşağı olan miqrantların ABŞ-dan sağlamlıq sığortası, qida və ya sığınacaq yardımı kimi dəstəklərin verilməyəcəyi, ölkədən hələ də yardım alan və məskunlaşma icazəsi olan miqrantların ölkədən geri göndərilə biləcəyi bildirilib.
Prezident Donal Trump deyib:”Miqrantların “Miqrantlıq və Vətəndaşlıq haqqında” qanuna əməl etmələri çox mühümdür. Bu qanun çərçivəsində hüquqi addımlar atılmadığından amerikalı vergi ödəyicilərinin üzərinə böyük məsuliyyət düşür. Qaydanın tezliklə qəbul olunacağı gözlənilir”.
Miqrantların Milli Hüquq Mərkəzinin sədri Mariyelana Hincapi bu addımı dəstəkləməyib: ”Bu, ABŞ-a ancaq zərər gətirə bilər”.