13 Avqust 2019 22:13
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan iqtisadiyyatı üçün 2019-cu ilin birinci yarısı ziddiyyətli tendensiyalarla yadda qaldı. Bir çox strateji sahələr bütöv iqtisadiyyatın inkişafına mane olan tənəzzül kateqoriyasında qalmaqda davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni professor Tatul Manaseryan deyib.

Manaseryan hesab edir ki, keçən il Ermənistanda baş vermiş “məxməri inqilab” iqtisadiyyatın inkişafına təkan verməyib.

Professor Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra paytaxt İrəvan və bölgələrdə məşğulluğun azaldığını, bir sıra iş yerlərinin bağlanmasına diqqət çəkib:

“Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyəti təhlil edərkən, keçən ilki “məxməri inqilab”ın xüsusi yüksəlişlərə səbəb olmadığını və sektorlar üzrə keçmiş hökumətlərdən qalma ətalətin davam etdiyini deyə bilərik. Eyni zamanda, dünya bazarlarındakı qeyri-müəyyənlik və daxili faktorların iqtisadiyyata mənfi təsirlərini də unutmamaq lazımdır. Ermənistan iqtisadiyyatını risk qarşısında qoyan problemlər həll edilməmiş qalır”.

Professor hesab edir ki, Ermənistan iqtisadiyyatı həm subyektiv, həm də əsasən obyektiv xarakter daşıyan bir çox mənfi meyllər qarşısında geriləməkdə davam edir: “Ölkə iqtisadiyyatının müxtəlif sektorları arasında razılaşdırılmış fəaliyyət yoxdur.

“Məxməri inqilab”dan bir il sonra ölkə hakimiyyəti ilə ekspert icması arasında əlaqə hələ qurulmayıb. Eyni zamanda başa düşmək lazımdır ki, sərt idarəetmə, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin səmərəsiz təşkil edilməsi, həmçinin rəqabətin olmaması iqtisadi inkişafa dair nikbinlik vermir”.

İqtisadi proseslərin qısa müddətli tənzimlənməsi tədbirləri iqtisadiyyata mənfi təsir göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər