ABŞ Suriyanın şimalında YPG terror təşkilatının nəzarətindəki Sərxaniyədə (Ras Əl-Ayn) helikopterlər üçün hava limanının inşasına başlayıb.
Teleqraf.com xəbər verir ki, Təl-Ərkam bölgəsində qurulan hava limanı ərazisinə YPG silahlıları nəzarət edir.
Məlumata görə, bölgəyə 3 gündür inşaat materilları daşınır.
Sərxaniyə bölgəsi Türkiyə ilə sərhəddə yerləşir. Rəsmi Ankara ABŞ-dan YPG silahlılarının bu ərazidən çıxarılmasını tələb etsə də, indiyədək bu barədə Vaşinqtonlar razılaşmaq mümkün olmayıb.
Türkiyə tərəfi hələlik ABŞ-ın bu addımına cavab verməyib.