16 Avqust 2019 16:39
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsi (ANCA) Minilliyin Çağırış Korporasiyasından Ermənistana 140 milyon dollarlıq qrant verilməsi istəyi ilə müraciət yayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Təşkilat Dövlət katibi Mayk Pompeoya məktub göndərərək, Dünya Bankının maliyyə hesabatına yenidən baxmağı xahiş edib.

ANCA-nın məktubunda Ermənistan aşağı gəlirli dövlət kimi təqdim olunub, bu səbəbdən ABŞ hökumətindən qrantın ayrılması xahiş edilib.

Əlavə edək ki, ABŞ Dünya Bankının 2018-ci il hesabatı üzrə Ermənistan və bir sıra dövlətlərə qrant ayırmaqdan imtina edib.

Ermənistan hesabatda orta gəlirli ölkə kimi göstərilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər