Donetsk kömür mədənində silahla ehtiyatsız davranış nəticəsində bir hərbi qulluqçu həlak olub, üç nəfər isə xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna Milli Qvardiyasının bölmələrindən birində baş vermiş hadisə barədə Qərargahın mətbuat xidməti Facebookda bildirib.
Hadisəyə səbəb kimi silah-sursatlarla davranış zamanı təhlükəsizlik qaydalarının pozulması göstərilir.
Qeyd edilir ki, yaralı hərbçilərə təcili tibbi yardımı göstərilib. Həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı cinayət işi açılıb.