ABŞ Prezidenti Donald Tramp Danimarkaya planlaşdırılan səfərini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Danimarka baş naziri Mette Frederiksenin ABŞ-ın Qrenlandiyanı satın almaq istəyini absurd adlandırması olub.
ABŞ prezidenti özünün Tvitter hesabında bəyan edib ki, Danimarka öz xalqı ilə özəl bir ölkədir: “Amma baş nazir Mettenin Qrenlandiyanın satışı mövzusuna dair fikirlərinə əsaslanaraq iki həftədən sonra bu ölkəyə edəcəyim səfəri başqa bir zamana qədər təxirə salıram”.