Ekvador lideri Lenin Moreno Braziliyanın Amazon meşələrində baş vermiş yanğınlarla bağlı prezident Jair Bolsonaruya yardım edəcək.
Teleqraf.com xəbər verir ki, Lenin Mareno tvitter hesabında həmkarıyla arasında telefon danışığı olduğunu bildirib:
“Biz Jair Bolsonaru ilə telefon danışığı zamanı meşə yanğınları sahəsində Ekvador mütəxəssislərinin üç briqadası olan təyyarə verməyi təklif etdik”.
Fransız lideri Emmanuel Makron isə Amazonda baş vermiş yanğınları beynəlxalq böhranla əlaqələndirib. Makron bu hadisənin (G7) ölkələri ilə müzakirənin vacib olduğunu bildirib.
Braziliya tropik meşələrində 75 mindən çox yanğın baş verdiyi bunun son 7 ildə rekord göstərici olduğu bildirilir.