Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçirdiyi raket sınaqlarına cavab olaraq orduya təlimat verdi.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu məqsədlə Təhlükəsizlik Şurasını toplayıb.
Prezident Putin nazirlərə ABŞ-ın raket sınağının yol açdığı təhdidləri araşdırmaq üçün də təlimat və “hazır olun” tapşırığı verib.
Xarici media qeyd edib ki, toplantı zamanı Putin “Rusiya silahlanma yarışına daxil olmaq istəmir” ifadəsini işlədib.