ABŞ-a məxsus iki F-18 “Hornet” tipli qırıcı təyyarə Sakit okeanın qərb hissəsində qəzaya uğrayıb.
Teleqraf.com-un xəbərinə görə, nəticədə pilotlardan biri həlak olub, ikinci pilotun tapılması istiqamətində axtarışlar davam edir.
Qırıcılar "Karl Vinson" təyyarədaşıyan gəminin göyərtəsindən havaya qalxıb. İtkin düşən pilotun axtarışına raket kreyseri, USS Gridley esminesi və hərbi helikopterlər cəlb edilib.
Nihad