Yəmənin prezident Əbd Rəbbu Mənsur Hadinin başçılıq etdiyi beynəlxalq miqyasda tanınan hökumətə bağlı hərbi qüvvələr dünəndən başlayan və bu gün səhər başa çatan qanlı döyüşlər nəticəsində ölkənin neftlə zəngin Şəbva əyalətinin paytaxtı Ətaq şəhərini BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasından geri alıb.
Teleqraf.com xəbər verir ki, döyüşlərdə ölən və yaralananlar var.
Ötən gün hökumət sözçüsü Rəcəh Badi separatçıların Ətaq şəhərini tutması ilə bağlı Birləşmiş Ərəb Əmirliklərini ittiham etmişdi.