28 Avqust 2019 20:26
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ı Türkiyədə təmsil etməkdən qürur hissi keçirirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyəyə təyin edilən yeni səfiri Satterfield deyib.

Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfirliyinə son iki il müddətinə səfir təyinatı həyata keçirilməmişdi.

Səfir bəyan edib ki, ABŞ hökuməti NATO müttəfiqi olan Türkiyə ilə əhəmiyyətli münasibətləri gücləndirməkdə qərarlıdır. Əlavə edək ki, ABŞ-ın Ankaradakı səfirinin açıqlaması Türkiyə lideri Ərdoğanın Moskvada səfərdə olduğu dövrə təsadüf edir.


Müəllif: Cavad

Oxşar xəbərlər