1 Sentyabr 2019 08:18
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra ölkələrdən olan istifadəçilər "Twitter" qısa mesaj xidmətində nasazlıqdan şikayətlənirlər.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Downdetector" saytında xəbər verilib.

Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar əsasən Yaponiya, ABŞ, Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrdə müşahidə olunur. Rusiya sakinləri də problemlərlə üzləşiblər - ən çox şikayət Moskvadan gəlib.

Əksər şikayətlər veb-saytdakı problemlərlə bağlı olub (45%).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər