Filippində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, hadisə Laquna əyalətində baş verib.
Təyyarə müalicə alan xəstəni, onun həyat yoldaşını və tibbi personalı paytaxt Manila xəstəxanalarından birinə aparırmış.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.