2 Sentyabr 2019 00:14
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya məxsus bombardmançı təyyarələr Yəməndə həbsxananı bombalayıblar.

Teleqraf.com xəbər verir ki, nəticədə 100-dən çox şəxs ölüb.

Koalisiya hədəfin həbsxana deyil, husiilərin mövqelərinin olduğunu bildirib.

Qeyd edək ki, Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər