4 Sentyabr 2019 12:25
2 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-dən etibarən Rusiya baytarlıq və sanitariya tələblərini pozduğuna görə Ermənistan və Qazaxıstandakı bəzi müəssisələrin məhsullarının tədarükünə qadağa tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Xidmətin yaydığı məlumatda bildirilib ki, Ermənistandan idxal olunan balıq məhsullarında malaxit yaşıl terapevtik məhlul aşkarlanıb.

Xidmət, eyni zamanda, Ermənistandakı iki balıqçılıq müəssisəsi, Qazaxıstandakı üç süd, ət və balıq istehsal edən müəssisənin məhsullarının tədarükünü gücləndirilmiş laboratoriya nəzarəti altına alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər