4 Sentyabr 2019 16:58
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın San-Paolo şəhərində marketdən şokolad oğurladığı iddia edilən zənci uşaq mühafizəçilər tərəfindən soyundurularaq qamçılanıb.

Teleqraf.com xəbər verir ki, internetdə yayılan görüntülər ölkədə ertirazlara səbəb olub.

Hüquqşünas Pedro Luis de Souza olaya belə reaksiya cverib: “Əsrlər əvvələ aid fotolar kimidir. Müdafiəsiz, evsiz bir zəncidir. Ona cəmiyyətin qurbanı deyə bilərəm”.

Souza işgəncəyə məruz qalan uşaqla görüşdüyünü və onu döyən iki mühafizəçinin kimliyinin məlum olduğunu bildirib.

İşgəncəyə məruz qalan və adını açıqlamaq istəməyən uşaq olay haqda :“Bunu başqalarına desəm, məni öldürəcəklər”, deyib.

Market sahibi zənci uşağa zorakılıq tətbiq edən mühafizəçiləri işdən qovub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər