Övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan valideynlər Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir təşkilatı qarşısında fasiləsiz piketə başlayıblar.
Teleqraf.com xəbər verir ki, övladlarını tələb edən valideynlər PKK-nın siyasi qanadı sayılan HDP rəhbərliyini terror təşkilatı ilə əməkdaşlıqda günahlandırırlar.
Rəsmi məlumatlarda bildirilir ki, PKK mənsubları hədə-qorxu, ailələrin təhdidi, zor tətbiqi və saxta təbliğat vasitələrindən istifadə etməklə yeniyetmə və gəncləri terror təşkilatına cəlb edirlər. Dağlara qaçırılan gənclər terrorçular tərəfindən cinsi zorakılığa məruz qalır, narkotik vasitə aludəçisinə çevrilirlər. Belə üsullarla həmin gənclər terror aktları törətməyə məcbur edilirlər. Terrorçuların əlindən qaçmaq istəyənlər isə biabırçı videogörüntülərlə təhdidə məruz qalırlar.