İran Məclis başçısı Əli Laricani ABŞ-ın İŞİD-lə mübarizə strategiyasında Suriyadakı hədəflərin vurulmasına yaşıl işıq yandırmasını tənqid edib.
Laricani terrorçulara qarşı mübarizə adıyla Suriyaya girməsini ağılsızlıq adlandırıb: “ABŞ bölgədə odla oynayır. İŞİD-lə mübarizə bəhanəsiylə Suriyaya hücum etməyəcəyini bilməlidir. ABŞ bölgədəki ölkələrə hücum etsə, kimsə buraya nəzarət edə bilməyəcək. Bölgə barıt çəlləyinə dönəcək”.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham da bir neçə gün öncə verdiyi açıqlamada ABŞ-ın hücum strategiyasının səmimiyyətinə şübhə etdiklərini bildirmişdi./axar/