10 Sentyabr 2019 11:03
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Ali Məhkəməsi fələstinli şəhidlərin cənazəsinin müsadirə edilməsi haqda aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.

Teleqraf.com xəbər verir ki, İsraildə ərəb azlığın hüquq mərkəzi olan ADALAH tərəfindən verilən açıqlamada Ali Məhkəmənin İsrail əsgərləri tərəfindən şəhid edilən fələstinlilərin cənazəsinə əl qoyulması praktikasının davam edilməsinə yaşıl işıq yandırıb.

Açıqlamada qalmaqallı qərar kimi qiymətləndirilən məhkəmə aktının beynəlxalq hüququn təməl prinsiplərini pozduğu ifadə edilib.

Fələstin Azadlıq Təşkilatına bağlı olan Fələstin Əsirlər Komitəsinin vəkili Məhəmməd Mahmud isə deyib ki, belə bir qərarın qəbul edilməsində məqsəd Qəzzadakı fələstinli qurumlarla bazarlıq etməsdir.

İsrail 2015-ci ildən bu yana 304 şəhid cənazəsinə əl qoyub.


Müəllif: Cavad

Oxşar xəbərlər