12 Sentyabr 2019 10:47
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp istefaya göndərdiyi müşaviri Con Boltonu ittiham edərək, onun Şimali Koreya siyasətini faciə adlandırıb və Venesuela məsələsində “qırmızı xətt”i keçdiyini deyib.

Teleqraf.com xəbər verir ki, Tramp Boltonun ABŞ hökuməti daxilindəki önəmli siyasi fiqurlarla da münasibətlərinin pis olduğunu bildirib.

Keçmiş müşavirinin səhvlərə yol verdiyinə diqqət çəkən Amerika başçısı qeyd edib ki, o, vəzifədə olduğu müddətdə Şimali Koreyaya qarşı Liviya ssenarisi üzərində işlədiyini və bu ölkədən təktərəfli formada nüvə silahlarını təslim etməyə məcbur etdiyini açıqlayıb:

“Boltonun bu təklifi faciə idi. Bundan Şimali Koreya ilə anlaşmaq üçün istifadə edirdi. Bundan sonra Kim Çenin İni söylədiklərinə görə günahlandırmıram. Bu, sərt olmaq məsələsi deyil, ağıllı olmaq məsələsidir”.

ABŞ prezidenti Con Boltonla Venesuela məsələsində də anlaşılmazlıq yaşadığını söyləyib, lakin detalları açıqlamayıb.

ABŞ-ın İrana müdaxilənin radikal müdafiəçilərindən olan Boltonun bu təklifinin real olub-olmayacağı barədə suala isə Tramp qısa cavab verib: “Nə olacağını görəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu