Macar yazıçısı Dyord Konrad ömrünün 87-ci ilində vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” yazıçının ailəsinə istinadən məlumat yayıb.
Yazıçının sentyabrın 13-də Budapeştdəki evində uzun sürən xəstəlikdən sonra öldüyü qeyd olunur.
Tənqidçilər D.Konradın ən məşhur əsərləri arasında 13 dilə tərcümə olunan “Ağır gün” və “Əlbir” romanlarını qeyd edirlər.
Bundan öncə isə “Doktor Kim” elmi-fantastik serialının ssenari müəllifi, britaniyalı yazıçı Terrens Diksin 85 yaşında vəfat etdiyi bildirilmişdi.