“İrəvan təkcə Rusiyadan yox, digər ölkələrdən də silah ala bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
Silahın əsas tədarükçüsü kimi Rusiyanın rolunun dəyişə biləcəyi və digər ölkələrlə əməkdaşlığın gücləndiriləcəyinə dair suala nazir belə cavab verib:
“Heç bir şey istisna edilə bilməz. Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün əlverişli qiymətə silah almaq daha yaxşıdır və bunun hansı ölkədən alınmasının əhəmiyyəti yoxdur”.
Bununla belə Tonoyan müxtəlif ölkələrin hərbi məhsulların;n tədarükünə daxili məhdudiyyətlərin olduğunu istisna etməyib.
Nazirin açıqlaması erməni mediasında rəsmi İrəvanın Rusiyanın bu ölkənin əsas silah tədarükçüsü rolunu dəyişməyə cəhd etdiyi iddiasının yayılmasına yol açıb.