21 Sentyabr 2019 18:46
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da gecə klubunda atışma olub.

Bu barədə "Fox News" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Cənubi Karolina ştatının Lankaster dairəsində, "Old Skool Sports Bar & Grill" gecə klubunda qeydə alınıb. Silahlı insident zamanı 2 nəfər öldürülüb, daha 8 nəfər yaralanıb.

Telekanal bildirib ki, polis faktla bağlı təhqiqata başlayıb, hadisəni törədənlər axtarılır.


Müəllif: Mənsur Rəğbətoğlu