22 Sentyabr 2019 17:31
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xuzistan vilayətində polisin keçirdiyi əməliyyat zamanı 1 ton 300 kiloqram narkotik vasitə müsadirə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin rəhbəri Əli Buyeri məlumat verib.

Onun sözlərinə görə, narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq məqsədilə vaxtaşırı reydlər keçirilir. Ötən gün polis xüsusi əməliyyat hazırlayaraq şübhəli bilinən məkanlarda axtarışlar aparıb. Əməliyyat zamanı həbs olunanlar var. Polis narkotik vasitələrin İrana gətirilməsi yollarını axtarır. Hazırda istintaq davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər