Türkiyə prezidentinin köməkçisi Fuad Oktayın rəhbərliyi altında İstanbulda baş verən zəlzələnin nəticələrinin müzakirəsinə dair toplantıda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun dəvət edilməməsi diqqətdən yayınmayıb.
Teleqraf.com xəbər verir ki, İstanbul valiliyi sosial mediada tədbirə aid fotoşəkil və məlumat yayımlayıb.
İsmayıl Saymaz adlı Tvitter istifadəçisi prezidentin köməkçisi və iki nazirin iştirakı ilə keçirilən tədbirə şəhərin bələdiyyə sədrinin çağırılmadığını qeyd edib: “Niyə? CHP-li olduğuna görəmi? İstanbulluların iradəsini heçə sayıb ayrı-seçkiliklə nəinki zəlzələnin qarşısını ala, Türkiyənin hər hansı problemini həll edə bilməzsiniz”.
İstifadəçilər tərəfindən “Bu şəhərin bir deyil, iki dəfə seçilmiş başqanı Əkrəm İmamoğlu haradadır” sualı ünvanlanıb.