Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Donbasda atəşkəs rejiminin 24 dəfə pozulduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bir Ukrayna hərbçisi həlak olub.
“Ötən sutka ərzində atəşkəs rejiminin pozulması nəticəsində bir hərbçimizi itirmişik”, – deyə Ukrayna Silahlı Qüvvələrinin “Feysbuk”dakı səhifəsində bildirilib.
Tanınmamış “Luqansk Xalq Respublikası”nın nümayəndələri isə Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin 8 dəfə pozulduğunu bəyan edib.
Qeyd edək ki, iyulun 21-dən etibarən Donbasda müddətsiz atəşkəs rejimi elan edilmişdi.