28 Sentyabr 2019 16:11
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr və Kəşfiyyat komitələri ayrı-ayrılıqda dövlət katibi Mayk Pompeonu ifadə verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, dövlət katibinin ifadəyə çağrılmasına səbəb Prezident Donald Tramın Ukrayna Prezidenti Zelenski ilə telefon danışığı zamanı rəqibi Con Baydenlə bağlı araşdırma aparılmasını tələb etməsi olub.

Komitələr Pompeonun Donald Tramın Ukrayna lideri ilə telefon danışığı ilə əlaqədar bəzi informasiyaları onlara təqdim etmədiyi üçün buna əl atdıqlarını bildiriblər.

Komitələrin birgə yaydığı açıqlamada qeyd edilib ki, Mayk Pompeoya sentyabrın 9-da göndərilən məktubda telefon danışığına dair bəzi informasiyaları sentyabrın 16-na qədər onlara çatdırılması istənilib, lakin dövlət katibi bu tələbi yerinə yetirməyib. Bunun ardınca dövlət katibinə daha bir məktub göndərilsə də, buna da cavab verilməyib.

Bu səbəbdən komitələr Pompeonu Konqresdə ifadə verməyə çağırıb, Ukrayna mövzusunda Tramp administrasiyasının şəffaf davranmadığını elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər