Ermənistan və İranın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Cavad Zərif Nyu-Yorkda oktyabrın 1-də İrəvanda keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitini və sammitdə İran Prezidenti Həsən Ruhaninin iştirakını müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşün bir gün əvvəl BMT-nin qərargahında baş tutduğu qeyd olunur.
Nazirlər müxtəlif səviyyələrdə görüşlərin və təmasların müntəzəmliyini yüksək qiymətləndirərək Ermənistan-İran dostluq münasibətlərinin gündəliyinə toxunublar. Bununla əlaqədar tərəflər Avrasiya İqtisadi İttifaqının Ermənistanda keçiriləcək sammiti ilə bağlı məsələləri, o cümlədən İran Prezidenti Həsən Ruhaninin sammitdə iştirakı ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan və İranın xarici işlər nazirləri bir sıra aktual regional və beynəlxalq məsələlərdə mövqeləri və yanaşmaları barədə bir-birlərini məlumatlandırıblar.