30 Sentyabr 2019 19:17
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna hökumətinin bu ölkənin vətəndaşlarının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri ilə bağlı çağırışına etiraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Anna Nağdalyan açıqlama yayıb.

Ukrayna hökumətinin açıqlamasına münasibət bildirən Nağdalyan rəsmi Kiyevi Azərbaycanın mövqeyini müdafiə etməkdə ittiham edib: “Beynəlxalq vasitəçilik mandatına zidd və birtərəfli olan bütün ifadələr sülh prosesinə kömək etmir”.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi bir müddət əvvəl Azərbaycan və Gürcüstandakı münaqişələrlə bağlı rəsmi saytında elan yerləşdirib.

Elanda bildirilir: “Ukrayna vətəndaşlarına Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyanı, eləcə də ətraf əraziləri ziyarət edərkən Azərbaycan Respublikası və Gürcüstan qanunlarını rəhbər tutmaq tövsiyə olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər