17 Sentyabr 2014 12:20
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sualtı gəmi, suda və quruda hərəkət edə bilən avtomobillərin ehtiyat hissələrini satmaq üçün Pentaqonla 1,4 milyon dollarlıq razılaşma imzalayan türkiyəli iş adamı Alper Çalık 60 illik həbs oluna bilər.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, ABŞ-da Nyu-cersi ştatında yaşayan 38 yaşlı Ankara universitetinin məzunu, iş adamı Alper Çalık 2009-cu ilin noyabrında Clifmax adında müdafiə sənayesi şirkəti qurub.

Tenderdə qalib gələn şirkət vasitəsilə Amerika Müdafiə Nazirliyinə (Pentaqon) lazım olan ehtiyat hissələri satmağa başlayıb. Bunun uğur qazandığını görən Çalık 2011-ci ilin mayında yeni bir şirkət qurub, bununla da o, Amerika Dəniz Qüvvələrini ən yeni texnologiyalarla təchiz etməyə nail olub. Daha sonra o, Virciniya tipli yeni nüvə sualtı gəmiləri üçün açılan tenderlərə müraciət edib.

ABŞ Müdafiə Nazirliyinin apardığı araşdırmalara görə, Çalık sənədləri saxta "Albert Ray" adı ilə imzalayıb. Bundan başqa türk iş adamının qazandığı bütün məbləği Ankarada bir firmaya yatırtdığı da məlum olub. Ankarada araşdırmaları davam edən ABŞ mütəxəssisləri bütün qurğuların Batıkənddəki müdafiə malları ixrac edən şirkətdə hazırlandığını öyrənib. Dindirmə zamanı Alper də bunu təsdiq edib.
ABŞ qanunlarına görə, Pentaqonla tenderdə türk şirkətlərinin iştirak etmək şansı olmadığı üçün Alperin bu yolu seçdiyi aydın olub. Digər tərəfdən 50 min dollar ödənərək alınan hissələrin yararsız olduğu aşkar edilib.

Alper Çelikin 60 il həbs və 1 milyon dollar cəza alacağı bildirilir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər