1 Noyabr 2019 12:22
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail tarixində ilk dəfə Ortaq Ərəb Siyahısı Bloku koalisiya hökuməti qurmaq məqsədilə danışıqlara cəlb olunub.

Teleqraf.com xəbər verir ki, ərəb blokunun lideri Eymen Avde hökuməti qurmaq səlahiyyəti alan Mavi-Ağ İttifaqın sədri Benni Qantz ilə görüşdüyünü bildirib.

Avde bildirib ki, sözügedən görüşdə Əhməd Tiybi də iştirak edib, amma hökuməti qurmaq mövzusunda razılaşma əldə edilməyib.

Ortaq Ərəb Siyahısı Blokunun lideri görüşün əhəmiyyətinə diqqət çəkərək bildirib ki, ilk dəfə ərəbləri təmsil edən blok İsraildə hökumət qurmaq üçün müzakirələrə dəvət edilib.

O əlavə edib ki, əslində durum qarışıqdır: “Qantz Ortaq Ərəb Siyahısı Blokunun dəstəklədiyi azlıq hökuməti ilə milli sağçı hökumət arasında seçim qarşısında qalarsa, milli hökumət qurmağa üstünlük verər.

Mavi-Ağ İttifaq isə bəyan edib ki, Qantzın Avde və Ədməd Tiybi ilə görüşü müsbət atmosferdə keçib və ərəb toplumunun problemləri ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, İsrail Prezidenti Rivlin Benyamin Netanyahunun uğursuzluğundan sonra yeni hökuməti qurmaq səlahiyyətini sabiq baş qərargah rəisi Benni Qantza verib.


Müəllif: Cavad

Oxşar xəbərlər