ABŞ Dövlət Departamenti 2018-ci ildə terrorla mübarizəyə dair hesabatını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hesabatın Türkiyə bölməsində PKK və İŞİD-ə qarşı mübarizə vurğulansa da, YPG-yə yenə də yer verilməməsi diqqət çəkib.
Vurğulanıb ki, PKK Avropada külli miqdarda vəsait əldə edir, Türkiyə daxildə PKK, xaricdə İŞİD terror təşkilatı ilə mübarizə aparır.
Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətulla Gülən haqda isə skandal sözlər yer alıb. Gülən barəsində "sürgündəki din xadimi" ifadəsi yazılıb, Türkiyənin FTÖ-nü terror təşkilatı kimi tanıdığı qeyd edilib.