2 Noyabr 2019 10:42
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya “S-400” hava hücumundan müdafiə sistemlərinin müxtəlif versiyalarını dünyaya yaymaq üçün ciddi cəhdlər edir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Klark Kuper deyib.

Kuperin fikrincə, SSRİ dönəmində dünyanın silah bazarlarında “Kalaşnikov” avtomatları ilə nüfuz dairəsini genişləndirən Rusiya indi üstünlüyü “S-400”-lər vasitəsilə almağa çalışır:

AK-47”-lərin Cənubi-Şərqi Asiyadan Afrikaya qədər Sovet İttifaqı tərəfindən dəstəkləyən qiyamçı qüvvələrin simvoluna çevrilməsindən uzun zaman keçib. Bu gün isə Rusiya “S-400” sistemlərinin müxtəlif versiyalarının yayılması üçün ciddi cəhdlər edir.

Rusiyadan “S-400” kimi sistemlər alan müttəfiqlərimizə isə bizə hüquqi və texniki problemlər yaradır”.

Amerikalı diplomat “soyuq müharibə”dən sonra ilk dəfə ABŞ-ın silah bazarlarında Rusiyaya məğlub olmağa yaxın olduğunu deyib:

“Artıq bir çox ölkə ABŞ-la müdafiə və təhlükəsizlik sahələrindəki əməkdaşlığa zərurət kimi yox, seçim kimi baxır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər