Suriyanın şimalında Türk ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tel Abyaddakı bazarda bomba yüklü avtomobil partladılıb. Hadisə nəticəsində13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb.
Terror aktının PYD/YPG tərəfindən törədildiyi ehtimal edilir.