Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu ölkədə ələ keçirilən İŞİD terrorçuları ilə bağlı növbəti dəfə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Soylu Türkiyədə saxlanılan Avropa vətəndaşı olan İŞİD üzvlərinin ölkələrinə göndəriləcəyini söyləyib.
Jurnalistlərin məsələ ilə əlaqədar suallarını cavablandıran nazir bunları deyib:
“İyirmi birinci əsrdə miqrant məsələsinə uyğun gəlməyən davranışlar sərgiləyən dövlətlər terrorizmlə bağlı da qəribə mövqe ortaya qoyurlar. Əlimizdəki İŞİD-çiləri istər vətəndaşlıqdan çıxarsınlar, istər çıxarmasınlar – öz ölkələrinə gönədərəcəyik”.
Süleyman Soylu bir neçə gün əvvəl də eyni fikirləri dilə gətirmişdi.