5 Noyabr 2019 17:05
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saratov vilayətində bir dovşan fermasında baş verən yanğında təxminən 10 min dovşan yanaraq ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.

Hadisə Engels rayonunun Qolubyevka kəndində baş verib. Birmərtəbəli bina yanıb, yanğın 05:25-də söndürülüb.

“Təxminən 10 min dovşan təəssüf ki, öldü”, – deyə FHN-nin nümayəndəsi bildirib.

Yanğında insanların zərər görmədiyi də açıqlanıb.

Qeyd edək ki, sentyabrın sonunda Rusiyanın Novosibirsk vilayətindəki heyvandarlıq fermasına baş verən yanğın nəticəsində 154 buzov tələf olmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər