İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD liderlərindən birini həbs edib.
Teleqraf.com xəbər verir ki, İraq Müdafiə Nazirliyi Mosulun şərqində əməliyyat zamanı İŞİD-in "Arif" kod adlı terrorçunun saxlanıldığını açıqlayıb.
Sənaye məhəlləsində tutulan İŞİD lideri ifadə verməsi üçün polis bölməsinə gətirilib.