12 Noyabr 2019 14:35
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərindən əvvəl “Vaşinqton Post” qəzetinin yayımladığı məqalə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, məqalə “Tramp Ərdoğanı dörd gözlə gözləyir” adıyla dərc olunub.

“Tramp Ərdoğanın səfərini dörd gözlə gözləyir. Deyəsən, onu Amerikada Trampdan başqa gözləyən yoxdur”, - məqalədə bildirilib.

Yazıda Türkiyə prezidentinin ötən həftə bu səfərini ləğv etməsinə də diqqət çəkilib:

“Bundan əvvəlki səfərində baş verən mübahisədən sonra bir çox insan buna sevinə bilərdi. Amma Ərdoğan bu səfəri ləğv etmədi və Prezident Trampla görüşəcək”.

Məqalədə Ərdoğanın ABŞ-a bundan əvvəlki səfərlərinin tərəflər arasında gərginliyi artırdığı da vurğulanıb.

ABŞ və Türkiyə prezidentləri sabah Vaşinqtonda görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu