14 Noyabr 07:43
245

ABŞ prezidenti Donald Tramp ABŞ-da səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla yaxşı dostluq münasibətlərindən danışıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə Ərdoğanla keçirilən görüş zamanı deyib.

D.Tramp bildirib: "Türkiyə prezidenti və mən uzun müddətdir, demək olar ki, ilk gündən çox yaxşı dost olmuşuq. Bir-birimizin ölkələrini başa düşürük, haradan gəldiyimizi anlayırıq."

Tramp, həmçinin qeyd edib ki, Türkiyə prezidentini və həyat yoldaşını Ağ Evdə qəbul etmək onun üçün şərəfdir.


Müəllif: Teleqraf.com